Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının Seçki Qərargahının fəaliyyət planına uyğun olaraq təbliğat-təşviqat qrupunun yığıncağı keçirilib. Yığıncaqda çıxış edən təşkilatın Seçki Qərargahının sədri Cavanşir Yusubov, təbliğat-təşviqat qrupunun rəhbəri Əyyub Əyyubov 9 oktyabrdan başlayan təbliğat-təşviqat kampaniyası ilə bağlı qrupun işinin təşkilindən danışıblar, seçicilərlə görüşlərin qrafikini müzakirə edərək qrupun hər bir üzvünü təlimatlandırıblar.
Eyni zamanda, təbliğat-təşviqat işləri ilə bağlı deputatlığa namizədlərin plakatlarının şəhər İcra Hakimiyyətinin müəyyən etdiyi xüsusi lövhələrə vurulması işinə hazırlıq görülüb. YAP şəhər təşkilatının Gənclər Birliyinin üzvlərindən bu işlər üçün ayrılmış fəallar ilə Seçki Qərargahında görüş keçirilib.