YAP Ağstafa rayon təşkilatı mini-futbol turniri keçirir

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı və rayonun Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş mini-futbol turnirinə start verilib.
YAP Ağstafa rayon təşkilatından verilən məlumata görə, turnirdə rayonun idarə və müəssisələrindən ibarət 8 komanda çempionluq uğrunda mübarizə aparacaq. Artıq ənənə halını almış bu turnirdə qələbə qazanacaq komanda fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunacaqlar.
N.BAYRAMLI