Yeni Azərbaycan Partiyasının bələdiyyə üzvlüyünə namizədlərinin təbliğat -təşviqat kampaniyası uğurla davam edir. Bələdiyyə üzvlüyünə namizədliklərini irəli sürmüş partiya üzvləri ilə seçicilərin görüşləri yüksək fəallıq şəraitində keçirilir. Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələrinin də iştirak etdiyi görüşlərdə bələdiyyələrin qarşısında duran vəzifələr, problemlər və həlli yolları geniş müzakirə edilir. Görüşlərdə qeyd olunub ki, YAP bələdiyyələrdə geniş təmsilçiliyə nail olacağına tam əmindir. çünki Azərbaycan cəmiyyətində olduqca geniş və etibarlı sosial dayaqlara malikdir.