YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib

29 oktyabr 2026-cı il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi publik hüquqi şəxsin əsas binasında S.Vurğun küçəsi 94 ünvanı üzrə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi PHŞ ərazi partiya təşkilatı və Bül-bül prospekti 89 ünvanı üzrə 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi PHŞ ərazi partiya təşkilatlarının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqindən irəli gələn məsələlərin müzakirəsinə həsr olunmuş konfrans keçirilib.

Tədbir Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransın açılışında Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının əməkdaşı Mətanət Səfərli çıxış edib. Mətanət Səfərli YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər və qarşıya qoyulan vəzifələr barədə çıxış edərək mövzu ilə bağlı mülahizələrini iştirakçılarla bölüşüb.

Konfransda S.Vurğun küçəsi 94 ünvanı üzrə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi publik hüquqi şəxs ərazi partiya təşkilatının sədri Kəmalə Abdullayeva Prezident İlham Əliyevin nitqində əksini tapan məsələlərin əhəmiyyətini vurğulayaraq öz fikirlərini və təəssüratlarını iştirakçılarla bölüşüb. Həmçinin elmin və təhsilin cəmiyyətin inkişafında, xalqımızın intellektual potensialının gücləndirilməsində və gələcək nəslin formalaşmasında mühüm rolunu qeyd edib.

Daha sonra Bül-bül prospekti 89 ünvanı üzrə 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi publik hüquqi şəxs ərazi təşkilatının sədr müavini Gülbəniz Şahbazova çıxış edərək elmi tərəqqinin inkişafı istiqamətində görülən işlərdən bəhs edib və Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn müddəalara dəstəyini ifadə edib.