YAP Quba rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir

YAP Quba rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir

Noyabrın 1-də Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Və ölkənin hər yerində olduğu kimi, Qubada da Yeni Azərbaycan Partiyasının parlament üzvlüyünə namizədlərinin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Xatırladaq ki, YAP tərəfindən 52 saylı Quba Seçki Dairəsi üzrə Həsənova Afət Əbil qızının və 53 saylı Quba-Qusar Seçki Dairəsi üzrə Abramov Yevda Sasunoviçin namizədliyi irəli sürülüb.
Beləliklə, dünən YAP fəalları tərəfindən Seçki Məcəlləsinin müvafiq tələblərinə uyğun olaraq məntəqələrin qarşısında nəzərdə tutulmuş lövhələrə namizədlərin şəkilləri yapışdırılıb.