Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının ərazi partiya təşkilatında tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının Qasımbəyli kənd ərazi partiya təşkilatında partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli çıxışının ideoloji-siyasi mahiyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilmişdir.

​Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü, suverenliyi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

​Tədbirdə çıxış edən YAP Sabirabad rayon təşkilatının əməkdaşı Tural Hüseynzadə dövlət başçısı cənab İlham Əliyevin VIII Qurultaydakı dərin məzmunlu nitqinin partiyanın gələcək fəaliyyət istiqamətlərini və dövlətimizin strateji inkişaf hədəflərini müəyyən edən fundamental yol xəritəsi olduğunu diqqətə çatdırmışdır. O, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfərdən sonra yaranmış yeni reallıqlar şəraitində partiya fəallarının üzərinə mühüm vəzifələrin düşdüyünü xüsusi vurğulamışdır.

​Qasımbəyli kənd ərazi partiya təşkilatının sədri Sahib Əsgərov çıxışında ölkə rəhbərinin Qurultaydakı tapşırıq və tövsiyələrinin yerlərdə icrası istiqamətində ərazi təşkilatı tərəfindən görülən işlər barədə məlumat vermiş, təşkilat fəallarının bu istiqamətdə səylərini daha da artıracaqlarını bəyan etmişdir.

​Daha sonra çıxış edən partiya fəalı Yusif Abuşov Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı aparıcı rolundan bəhs edərək, Ümummilli Lider Heydər Əliyevin ideologiyasına sadiqliklərini və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti bundan sonra da yekdilliklə dəstəkləyəcəklərini bildirmişdir.