Pakistanda avtobus qəzası nəticəsində azı 28 nəfər ölüb

Pakistanda avtobus qəzası nəticəsində azı 28 nəfər ölüb

Pakistanın Bəlucistan əyalətində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 28 nəfər ölüb, 22 nəfər isə yaralanıb.

AZƏRTAC “Daily Pakistan” saytına istinadla xəbər verir ki, hadisə çərşənbə günü səhər saatlarında Vaşuk rayonunda baş verib.

İlkin məlumata görə, qəzaya sürücünün sürət həddini aşması səbəb olub. Hadisə yerinə xilasedicilər cəlb edilib, yaralılar xəstəxanalara yerləşdirilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.