Almaniya Silahlı Qüvvələri islahat çərçivəsində dördüncü qoşun növü alacaq. "Yeni Azərbaycan" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat verib.
" Kiberqoşunlar dezinformasiya kampaniyalarından tutmuş kiberhücumlarla mübarizəyə qədər hibrid təhdidlərə qarşı duracaqlar".
Bundan əlavə, Müdafiə Nazirliyinin rəhbəri quru qoşunları, aviasiya, donanma və informasiya qoşunlarının ümumi nəzarətə verilməsi planlarından danışıb. Qeyd olunur ki, bu məqsədlə vahid əməliyyat komandanlığı yaradılacaq.
Xatırladaq ki, "Financial Times" daha əvvəl Pistoriusun "Soyuq Müharibə" ilə bağlı Bundesverdə ən radikal islahatları həyata keçirməyi hədəflədiyini bildirmişdi.
Havar Şəfiyeva