Yunanıstanın keçmiş baş naziri Kostas Karamanlis Avropanı Ukraynadakı münaqişəni qızışdırmaqda ittiham edib. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə RİA Novosi məlumat yayıb.
Onun sözlərinə görə, Avropa Ukraynada atəşkəsin yaradılması və sülh yolu ilə həllinin tapılması təşəbbüsü ilə çıxış etmək əvəzinə, münaqişənin daha da gərginləşdirilməsi istiqamətində getdikcə daha aqressiv siyasət yürüdür.
Siyasətçi hesab edir ki, əsas qurban Ukrayna və onun vətəndaşları, eləcə də Avropa olacaq. O əlavə edib ki, bu geosiyasi paradoksu Avropanın aktiv rol oynamaması daha da gücləndirir.
Havar Şəfiyeva