Belçika ilin sonuna qədər F-16 qırıcılarının ilk partiyasını Ukraynaya təhvil verəcəyini vəd etsə də, Rusiya ərazisi üzərində uçuşlara qadağa qoyub. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Artıq iki ölkə 2028-ci ilə qədər 30 belə qırıcının göndərilməsini nəzərdə tutan təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi imzalayıblar. Belçikanın baş naziri Alexander de Cros aydınlaşdırıb ki, bu təyyarələrdən bəzilərinin 2025-ci ilə qədər Kiyevə çatdırılması planlaşdırılır. “Silahların istifadəsinə gəlincə, bu müqavilənin bütün bəndlərində çox aydın şəkildə ifadə olunub ki, onlar Ukrayna ərazisində Ukrayna müdafiə qüvvələri tərəfindən istifadə üçün nəzərdə tutulub”, - deyə o vurğulayıb.
Havar Şəfiyeva