Çexiyanın Ukrayna Silahlı Qüvvələri üçün Avropa İttifaqının (Aİ) pulu ilə Asiya və Afrika ölkələrindən aldığı döyüş sursatlarının yarısı komponentlərin keyfiyyətinin aşağı olması səbəbinə görə vaxtında çatdırılmayacaq. "Yeni Azərbaycan" bu barədə "Financial Times" qəzetinə istinadən xəbər verir. Qeyd edək ki, nəşr bu məlumatı "Czechoslovak Group" müdafiə şirkətinin sahibi Mixal Strnada istinadən yayıb.
Strnad əlavə edib ki, Çexiya tərəfi mərmilərin bir çox hissələrini dəyişdirməli olacaq, çünki onlar döyüş əməliyyatları üçün yararsızdır. Onun sözlərinə görə, "CSG" zavodların dolu olmasına baxmayaraq, bu tapşırığı yerinə yetirməyə hazırdır. O, həmçinin vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri ilk mərmiləri iyun ayında ala bilər.
Havar Şəfiyeva