Kreml Makronun fransızların dəstəyini itirdiyini açıqlayıb

Kreml Makronun fransızların dəstəyini itirdiyini açıqlayıb

Fransa prezidenti Emmanuel Makronun partiyası fransızlar arasında mövqeyini və dəstəyini sürətlə itirir, bunu Avropa Parlamentinə seçkilərin nəticələri də sübut edir. "Yeni Azərbaycan" TASS - a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Makronun partiyası mövqeyini sürətlə itirir. Görünür, bu, fransızların nəyisə sevmədiyini göstərir”, - deyə Kreml nümayəndəsi bildirib.

Eyni zamanda, Peskov Makronun mümkün istefası barədə danışmaq üçün hələ tez olduğunu vurğulayıb. Onun sözlərinə görə, iki turda, iyunun 30-da və iyulun 7-də keçiriləcək növbədənkənar parlament seçkilərinin nəticələrini gözləmək lazımdır.


Havar Şəfiyeva