Madrid Beynəlxalq Hava Limanında yerüstü xidmət əməkdaşlarının tətili Pasxa bayramında minədək aviareysə təsir edə bilər.
Europa Press agentliyinin məlumatına görə, həmkarlar ittifaqı tətilləri martın 27-29-na planlaşdırıb. Yerüstü xidmət işçiləri digər məsələlərlə yanaşı, iş şəraitinin yaxşılaşdırılmasını və maaşların artırılmasını tələb edirlər.
Bu il katoliklərin Pasxa bayramı martın 31-nə təsadüf edir. Martın 27-dən aprelin 1-dək Madrid hava limanında təxminən 6,4 min uçuş planlaşdırılır. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz çoxdur.