Makron Elizabet Bornu Baş nazir təyin edib - YENİLƏNİB

Makron Elizabet Bornu Baş nazir təyin edib - YENİLƏNİB

Elizabet Born Fransanın yeni Baş naziri olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Yelisey Sarayının bəyanatında deyilir.

“Respublika Prezidenti Emmanuel Makron Elizabet Bornu baş nazir təyin edib və ona yeni hökuməti qurmağı tapşırıb”, - kommünikedə bildirilir.

XXX

Fransanın Baş naziri Jan Kasteks istefa verib.

Yelisey Sarayından bildirilib ki, Prezident Emmanuel Makron Baş nazirin istefasını qəbul edib.