Polşa Belarusla sərhədin möhkəmləndirilməsinə 2,5 milyard dollar yönəldəcək

Polşa Belarusla sərhədin möhkəmləndirilməsinə 2,5 milyard dollar yönəldəcək

Polşa Tarcza Wschod (Şərq Qalxanı) proqramı çərçivəsində Belarusla sərhədin möhkəmləndirilməsinə 2,5 milyard dollar ayıracaq.

Bunu Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış deyib.

“Polşanın təhlükəsizliyi təcili, konkret və effektiv tədbirlər tələb edir. Təhdidlərə cavab olaraq biz 10 milyard zlotı (təxminən 2,5 milyard dollar) ayıracağıq”, - deyə o bildirib.

Nazirin sözlərinə görə, bu proqram “ən son təhlükəsizlik texnologiyalarından istifadəni və Polşanın şərqində yeni infrastruktur yaradılmasını” nəzərdə tutur.