Dövlət başçısı Aleksandar Vuçiç bildirib ki, Serbiya həyati vacib milli maraqlara görə təhlükə ilə üz-üzədir. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə "RT" məlumat yayıb.
Prezident bildirib ki, son 48 saat ərzində rəsmi Belqrad Serbiyanın milli maraqlarını birbaşa təhdid edən xəbərlər alıb.
“Yaxın günlərdə Serbiya xalqını qarşıda duran bütün çağırışlarla tanış edəcəyəm. Həmişə olduğu kimi çətin olacaq. Biz mübarizə aparacağıq. Serbiya qalib gələcək”, - deyə Vuçiç bildirib.
Serbiya lideri başqa təfərrüatları açıqlamayıb.
Havar Şəfiyeva