"Montsa" klubunun prezidenti, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoniyə leykemiya diaqnozu qoyulub.
87 yaşlı funksioner hazırda Milandakı xəstəxanaların birində reanimasiya şöbəsindədir.
Qeyd edək ki, Silvio Berluskoni 1986-2016-cı illərdə "Milan" klubunun sahibi olub. O, 2018-ci ildə "Montsa"nı alıb, komanda hazırda A Seriyasında çıxış edir.