Ukrayna Ali Radası ingilis dilinin ölkə ərazisində beynəlxalq ünsiyyət vasitəsi kimi istifadəsinə icazə verən qanunu qəbul edib.
“24tv.ua”nın məlumatına görə, sənədin lehinə 236, əleyhinə isə 3 deputat səs verib.
Bununla da ingilis dilinə Ukrayna ərazisində “ünsiyyət vasitəsi” statusu verilib.
Qanun həmçinin ingilis dilini bilmək tələbinin qoyulduğu şəxslərin əhatə dairəsini müəyyənləşdirir. Sənəddə göstərilir ki, hakimiyyət orqanları, yerli özünüidarəetmə qurumları, təhsil, mədəniyyət, nəqliyyat, səhiyyə və digər sahələrdə çalışanlar mütləq ingilis dili üzrə biliklərə malik olmalıdır.