Ukraynanın Çexiyanın Brno şəhərindəki konsulluğuna şübhəli bağlama göndərilib və bu səbəbdən də konsulluğun əməkdaşları təcili təxliyə olunub.
Bu barədə yerli polis idarəsindən bildiriblər.
Brno şəhərindəki konsulluqdan 6 nəfər təxliyə olunub, bina, ətrafı və yaxınlıqdakı uşaq bağçası boşaldılıb.
Xatırladaq ki, noyabrın 30-da Ukraynanın Madriddəki səfirliyində partlayış baş verib, nəticədə təhlükəsizlik əməkdaşı yüngül xəsarət alıb. Partlayıcı qurğu Ukraynanın İspaniyadakı səfiri Sergey Poqoreltsevə ünvanlanmış məktubda olub