Hüseyniyyə məscidi bağlandı

Bakıda fəaliyyət göstərən Hüseyniyyə məscidi bağlandı.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri polis polkovniki Ehsan Zahidov yeniazerbaycan.com-a açıqlamasında bildirib ki, təhlillər nəticəsində müəyyən edilib ki, şəhərin bir neçə yerində son günlər COVID-19 virusuna yoluxanların sayı artıb:

 

“Həmin yerlərdən də birinin Hüseyniyyə məscidi olduğu məlum olub. Buna görə də həmin yerlər, o cümlədən də məscidin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür”.