Türkiyənin Əskişəhər valisi Güngör Əzim Tunanın başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsindən AzərTAc-a bildiriblər ki, görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti, beynəlxalq əlaqələri, o cümlədən Türkiyə universitetləri ilə əməkdaşlığı barədə məlumat verib.
Görüşdən məmnun qaldığını bildirən Güngör Əzim Tunan Türkiyə ilə Azərbaycanın mehriban qardaşlıq münasibətlərinin əhəmiyyətindən bəhs edib.
Sonra qonaqlar BDU-nun laboratoriya və mərkəzləri ilə tanış olublar.