Azərbaycan Prezidenti İlham Əliyev bp şirkətinin icraçı direktorunu qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev bp şirkətinin icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də bp şirkətinin icraçı direktoru Robert Dadlini qəbul edib.
Görüşdə Azərbaycan ilə bp şirkəti arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib, Azərbaycanda işlənilən yataqlar, o cümlədən “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” yataqlarında birgə layihələrin işlənilməsi istiqamətində səmərəli nəticələrin əldə olunduğu vurğulanıb, əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.