Sabah respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

Sabah respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu(DSMF) tərəfindən noyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə AZƏRTAC-a DSMF-dən bildirilib.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.