Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın keçmiş Baş naziri və sabiq xarici işlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın keçmiş Baş naziri və sabiq xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də İtaliya Respublikasının keçmiş Baş naziri və sabiq xarici işlər naziri Lamberto Dinini qəbul edib.
Görüşdə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əhəmiyyətindən danışılıb, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun möhkəmləndirilməsində Forumun önəmi qeyd olunub.
Görüşdə, həmçinin Azərbaycan ilə İtaliya arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, ticarət və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, bu əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.