Azərbaycan Prezidenti İlham Əliyev “SOS” Kinderdorf İnternational” təşkilatının prezidentini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev “SOS” Kinderdorf İnternational” təşkilatının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də “SOS” Kinderdorf İnternational” təşkilatının prezidenti Siddharta Kaulu qəbul edib.
Görüşdə ölkəmiz ilə “SOS” Kinderdorf İnternational” təşkilatı arasında uzunmüddətli uğurlu əməkdaşlıq məmnunluqla qeyd olunub, təşkilatın Azərbaycanda həyata keçirdiyi layihələrin önəmi vurğulanıb, əməkdaşlığımızın gələcək illərdə daha da genişlənəcəyinə əminlik ifadə edilib.