Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də Bakının Nərimanov rayonu ərazisində yeni salınan Dədə Qorqud parkında həyata keçirilən işlərlə tanış olub.
Dövlətimizin başçısı parkın ərazisini gəzib, görüləcək işlərlə bağlı müvafiq tapşırıqlarını verib.