Prezident İlham Əliyev “GDF-Suez” şirkətinin sədri və baş icraçı direktoru Jerar Mestrale ilə görüşüb
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Parisdə “GDF-Suez” şirkətinin sədri və baş icraçı direktoru Jerar Mestrale ilə görüşü olub. Görüşdə Azərbaycan ilə “GDF-Suez” şirkəti arasındakı əlaqələrin perspektivləri, “Abşeron” qaz yatağı üzrə əməkdaşlıq, həmçinin Azərbaycanda əhalinin dünya standartlarına uyğun təmiz içməli su ilə təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.