* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Romada Onun üçün ayrılmış iqamətgahda Moldova Respublikası Prezidentinin vəzifəsini icra edən Marian Lupu ilə görüşüb.Görüşdə Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olunub, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləməsinin önəmi qeyd edilib, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanaraq bu potensialın reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.