Prezident İlham Əliyev İtaliyanın "Edison" Şirkətinin baş icraçı direktoru Bruno Leskörü qəbul edib

Prezident İlham Əliyev İtaliyanın "Edison" Şirkətinin baş icraçı direktoru Bruno Leskörü qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Onun üçün ayrılmış iqamətgahda İtaliyanın “Edison” Şirkətinin baş icraçı direktoru Bruno Leskörü qəbul edib.
Görüşdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Edison” şirkəti arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb, Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri layihəsinin həyata keçirilməsi perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.