Su polisi brakonyerlik edən şəxsi saxlayıb

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ekoloji cinayətlərin qarşısının alınması istiqamətində profilaktik tədbirlər davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişli Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Baş Mil-Muğan kollektorunda qanunsuz balıq ovu ilə məşğul olan A.Şirinov saxlanılıb. Həmin şəxsdən müxtəlif növ qadağan olunan ov alətləri, eləcə də qanunsuz olaraq ovlanan balıqlar aşkarlanıb.

Araşdırma aparılır.