AFFA-nın yeni təbliğat üsulu

AFFA Azərbaycan milli komandasının qarşıdakı oyunlarından öncə daha bir maraqlı təbliğat vasitəsindən istifadə etmək qərarına gəlib. Dç-2010-nun seçmə mərhələsi çərçivəsində iyunun 6-da keçiriləcək Azərbaycan-Uels oyununa və iyunun 9-da təşkil olunacaq Azərbaycan-İspaniya yoldaşlıq görüşünə hazırlıq məqsədilə bir sıra tədbirlər həyata keçirilir.
Oyuna marağı artırmaq üçün AFFA hər iki qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun qarşısında və VİP bölməsində millimizin üzvlərinin böyük plakatlarını yerləşdirib.