“Mən Azərbaycanı çox sevirəm. Bu ölkə dünyaya Müslüm Maqomayev, Rəşid Behbudov, Polad Bülbüloğlu kimi istedadları, digər görkəmli insanları bəxş edib.
Ölkənizin paytaxtı Bakı haqqında danışmaqla qurtarmaz. Bu, MDB-nin ən gözəl və qonaqpərvər şəhərlərindən biridir”.
Rusiyalı müğənni Aleksandr Serov bu fikirləri Heydər Əliyev Mərkəzində solo konsertindən sonra jurnalistlərə müsahibəsində söyləyib.
Müğənni daha sonra deyib: “Mənim mahnılarımın əksəriyyəti sevgi haqqındadır, çünki mən təbiətən romantik adamam. Bu mahnıları ifa etməkdən böyük məmnunluq duyuram. Şadam ki, uzun illər boyu insanlar mənim yaradıcılığımı qiymətləndirirlər”.