ABŞ immiqrant vizalarının verilməsini müvəqqəti olaraq dayandırıb

ABŞ immiqrant vizalarının verilməsini müvəqqəti olaraq dayandırıb

ABŞ administrasiyası immiqrant vizalarının verilməsini müvəqqəti olaraq dayandırıb.

AZƏRTAC-ın məlumatına görə, bu barədə Dövlət Departamenti açıqlayıb.

Bununla bağlı ABŞ-nin xaricdəki səfirlik və konsulluqlarındakı konsulluq şöbələrinə müvafiq təlimat verilib. Bildirilir ki, fasilə sentyabrın ortalarında başa çatacaq və müsahibələri ləğv edilmiş və ya təxirə salınmış immiqrant vizası üçün müraciət edənlərin görüşləri yenidən planlaşdırılacaq.