Yaponiyada oktyabrın 31-də keçirilən növbədənkənar parlament seçkilərindən sonra parlamentin ilk iclası keçirilib. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, iclasda Yaponiyada keçirilən seçkilərdə qalib gələn Liberal Demokrat Partiyasının (LDP) sədri Fumio Kişida yenidən baş nazir seçilib.
465 yerlik parlamentdə 261 mandata sahib LDP-nin namizədi F.Kişida 297 səslə Yaponiyanın 101-ci baş naziri olub. F.Kişidanın həftə ərzində kabinetini elan edəcəyi gözlənilir.