Gürcüstan-Rusiya sərhədinə gedən yol yük avtomobilləri üçün bağlanıb

Gürcüstan-Rusiya sərhədinə gedən yol yük avtomobilləri üçün bağlanıb

Gürcüstan-Rusiya sərhədinə gedən yol qar və buzlaşma səbəbindən yük avtomobilləri üçün bağlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb.

Məhdudiyyətlər Mtsxeta-Stefantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsinin 93-107-ci kilometrlərində tətbiq olunur.

Mleta-Qudauri və Qudauri-Kobi hissələrində nəqliyyat vasitələrinin hərəkəti maneəsiz həyata keçirilir. Bununla belə, Qudauri-Kobi istiqamətində hərəkət yalnız uçqundan mühafizə tunelləri vasitəsilə mümkündür.

Mtsxeta-Stefantsminda-Lars magistralı, başqa sözlə, Gürcüstan Hərbi Yolu hazırda Gürcüstan və Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru avtomobil yoludur.

“Qazbeqi” - “Yuxarı Lars” gömrük-keçid məntəqəsi isə hazırda Gürcüstan-Rusiya quru sərhədində fəaliyyət göstərən yeganə sərhəd-keçid məntəqəsidir.