Liviyada dekabrın 24-də keçiriləcək prezident seçkilərinə iddialıların sayı artır. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Liviyanın şərqindəki qeyri-qanuni silahlı qüvvələrin lideri Xəlifə Haftar da ölkədə keçiriləcək prezident seçkilərində namizəd olduğunu açıqlayıb.
2019-cu ildə Liviyanın paytaxtı Tripoliyə təşkil etdiyi hücumlar zamanı müxtəlif hərbi cinayətlər və insan hüquqları pozuntuları törətməkdə günahlandırılan Haftar bu niyyətini ona yaxın olan yerli televiziyada yayımlanan videomüraciətdə açıqlayıb.
Xatırladaq ki, Liviya Hərbi Prokurorluğu tərəfindən açıqlanan və yerli mətbuatda dərc olunan sənədə əsasən, Haftar Tripoli əməliyyatı zamanı “muzdlu əsgərlərdən istifadə” və “müharibə cinayətləri” törətdiyinə görə həbs qərarı verilib.