Hindistan nüvə gücünə malik qitələrarası ballistik raketi uğurla sınaqdan keçirib. yeniazerbaycan.com Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Hindistan hökumətindən verilən açıqlamada ölkənin şərq sahilindəki adadan atılan və 5 min kilometr mənzilli “Aqni-5” ballistik raketin sınaqdan keçirildiyi təsdiq edilib.
Hidistan hökumətinin verdiyi açıqlamada nüvə başlığı daşımaq qabiliyyətinə malik “Agni-5” ballistik raketinin qonşu ölkələr arasında mübahisələrdən sığortalanmaq üçün vacib olması əsaslandırılmağa çalışılır.