Yava dənizində İndoneziyaya məxsus sərnişin bərəsi qəzaya uğrayıb.
AZƏRTAC bu barədə xarici mediaya istinadla xəbər verir.
İndoneziyanın Axtarış və Xilasetmə Agentliyinin yaydığı məlumata görə, hadisə nəticəsində sərnişinlərdən 6-sı ölüb, 107-si xilas edilib, digərlərinin axtarışı aparılır.
Bildirildiyinə görə, içərisində 243 nəfərin olduğu “Virgo Transport 8” gəmisi ilə əlaqə kəsildikdən sonra axtarış-xilasetmə əməliyyatına başlanılıb. Əməliyyatlar üçün birgə işçi qrupu yaradılıb. Hadisə yerinə gəmilər və vertolyot göndərilib. Xilasetmə əməliyyatında 280 nəfər iştirak edir.