Nigeriyada silahlı hücum: 10 nəfər ölüb

Nigeriyada silahlı hücum: 10 nəfər ölüb

Nigeriyada bir avtomobilə silahlı hücum faciəyə səbəb olub. yeniazerbaycan.com-un Rusiyanın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Nigeriyanın Sokoto əyalətində silahlı şəxslərin avtomobilə hücumu nəticəsində 10 nəfər həlak olub.

Verilən məlumata görə, hücum edənlər əvvəlcə avtomobilə atəş açıblar, nəticədə avtomobil yanıb. Sonra silahlı dəstə sərnişinlərin qaçmasının qarşısını almaq üçün yanan maşını mühasirəyə alıblar.