Husilər Səudiyyə Ərəbistanına zərbələr endirdiklərini açıqlayıblar

Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, ölkənin cənubundakı Xamis Muşayt hava və Cizandakı Sərhəd Qüvvələrinin dəniz bazalarına ballistik raket zərbələri endiriblər.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Səri bildirib.

O, beynəlxalq aviaşirkətləri və sərnişinləri Ər-Riyad Hava Limanından istifadə etməkdən çəkinməyə çağırıb və bunun təhlükəli olduğunu diqqətə çatdırıb.