Müasir Azərbaycan qadın yazarlarının antologiyası “Zərif kölgələr”in növbəti - 4-cü sayının təqdimatı keçrilib. Aysel Nəsirzadə və Gülnarə Sadiqin rəhbəri olduğu layihənin bu dəfəki buraxılışına Güney Azərbaycanın yazar xanımları da qoşulublar. "Yeni Azərbaycan" xəbər verir ki, tədbirin açılışını saytın və antologiyanın təsisçisi Aysel Nəsirzadə və Gülnarə Sadiq edərək qadın gücündən, qadının ailədə, cəmiyyətdə və ədəbiyyatdakı rolundan bəhs ediblər. ”Zərif kölgələr” tək nəzm və nəsr əsərlərinin toplusundan ibarət antologiya deyil, həm də uzun illərin vəfalı dostluğunun, qadın gücünün və birliyinin təcəssümüdür.
Təqdimat və imza günü maraqlı simaların iştirakı və onların çıxışları ilə davam edib..
Qeyd edək ki, tədbirdə eyni zamanda "Zərif Kölgələr.com" saytının açılışı da təşkil olunub.
Saytın idarə heyətinin üzvü Həmidə Yaqubova bildirb ki, daha çox kütləyə çatmaq üçün saytın da fəaliyyətə başlaması önəmli addımdır: "Həm kitabımız, həm də saytımız hər kəs üçün uğurlu bir imkandır. Elə insanlar var ki, kitabı internet üzərindən oxumağa üstünlük verirlər. Saytımızdan daha çox məhz elə həmin insanlar yararlana bilərlər. Bundan başqa saytın nəzdində digər layihələr də fəaliyyət göstərəcək. Bu layihələr tək ədəbiyyatla bağlı yox, eyni zamanda özünü inkşaf və maarifləndirmə və s. mövzular çərçivəsində olacaq".
Sonra söz tədbirdə iştrak edən tanınmış qiratəçi Müşfiqə Baladdinqızıya verilib. O, layihədə iştrak edən bir neçə yazarın şeirlərni oxuyub və məclisə özünəməxsus rəng qatıb.
Daha sonra qələm sahiblərindən Sevil Gülnur, Aysel Fikrət, Xalidə Abdullayeva, Səbinə Xosiyeva, Sevil Ülvi , Sevil Qulubəyova , Mələk Yazar Gülər Mübariz və digər xanımlar da öz ürək sözləri ilə çıxış ediblər.
Xatırladaq ki, “Zərif kölgələr”in ilk sayı 2019-cu ildə nəşr edilib və Azərbaycanda nəşr olunab qadın yazarların yazılarında ibarət yeganə antologiyadır.
Havar Şəfiyeva