Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da BMT Sivilizasiyalar Alyansının rəhbəri, BMT baş katibinin ali nümayəndəsi Nassir Əbdüləziz Əl-Nasseri qəbul edib.
Görüşdə Azərbaycan ilə BMT-nin ayrı-ayrı strukturları, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafı məmnunluqla vurğulanıb, müxtəlif mədəniyyətlərin və sivilizasiyaların bir-birinə yaxınlaşmasında II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti qeyd olunub və əlaqələrimizin bundan sora da genişlənəcəyinə əminlik ifadə edilib.