Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Estoniya Respublikasının keçmiş Prezidenti Arnold Rüüteli qəbul edib.
Estoniya Respublikasının keçmiş Prezidenti Arnold Rüütel dünyada iqtisadi və maliyyə böhranının hökm sürdüyü bir vəziyyətdə Azərbaycanda əldə olunan yüksək iqtisadi nailiyyətləri fenomen adlandırıb.
Görüşdə ikitərəfli münasibətlərimizin inkişafının razılıq doğurduğu bildirilib, Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun regional və beynəlxalq əməkdaşlıqla bağlı qarşılıqlı fikir mübadiləsi aparılması baxımından əhəmiyyəti qeyd olunub.