Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Finlandiya Respublikasının keçmiş Prezidenti xanım Tarya Haloneni qəbul edib.
Finlandiya Respublikasının keçmiş Prezidenti xanım Tarya Halonen dünyada dərin maliyyə və iqtisadi böhranın hökm sürdüyü dövrdə Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurların onda dərin təəssürat yaratdığını deyib. Dövlətimizin başçısı ölkəmizdə bütün sahələrdə olduğu kimi, iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun inkişafına böyük önəm verildiyini vurğulayıb. Görüşdə Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun əhəmiyyətindən danışılıb.