Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilini qəbul edib.
Görüşdə Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda müzakirə edilən məsələlərin əhəmiyyətindən danışılıb, Forumun ölkələr arası əməkdaşlığın inkişafındakı rolu vurğulanıb.