Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Gürcüstanın xarici işlər naziri xanım Maya Pancikidzeni qəbul edib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin intensiv xarakter daşıdığı qeyd olunub, beynəlxalq və regional əməkdaşlığın önəmi vurğulanıb, “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda Bakıda təşkil olunan Beynəlxalq konfransın əhəmiyyəti yüksək qiymətləndirilib, Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.