Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də İsrail dövlətinin keçmiş Baş naziri Ehud Barakı qəbul edib.
Görüşdə Bakıda keçiriləcək Birinci Cənubi Qafqaz Forumunun önəmi qeyd olunub və bu tədbirin beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik bildirilib.
Söhbət zamanı Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub.