Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erlinq Şönsberqi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Görüşdə Azərbaycan Respublikası ilə Norveç Krallığı arasında ikitərəfli münasibətlərin ötən dövr ərzində siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, əməkdaşlığımızın bundan sonra daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.