Azərbaycan Prezidenti İlham Əliyev Praqada Moldova Prezidenti Nikolae Timofti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev Praqada Moldova Prezidenti Nikolae Timofti ilə görüşüb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Praqada Moldova Respublikasının Prezidenti Nikolae Timofti ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub. Ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, iqtisadi və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinin önəmi qeyd edilib. Söhbət zamanı Avropa İttifaqı ilə ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.