Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Milli Məclisə keçirilən seçkilərdə səs verib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 nömrəli seçki məntəqəsinə gəliblər. Prezident İlham Əliyev seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb. Mehriban xanım Əliyeva da səs verib.